AZ

Venesuela siyasi məhbusları azada buraxır: arasında keçmiş prezidentliyə namizəd də var

Ajans.az xəbər verir ki,bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib: ““xeyli sayda” siyasi məhbus azad ediləcək O, bu addımı “sülh axtarışında xoşməramlı jest” kimi qiymətləndirib, lakin dəqiq rəqəm açıqlamayıb. Foro Penal insan haqları təşkilatının məlumatına görə, azad edilənlər arasında müxalifətin aparıcı simalarından biri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun prezidentlik kampaniyasında iştirak etmiş Biacio Pilieri də var. Həmçinin 2024-cü il seçkilərində prezidentliyə namizəd olmuş müxalifət siyasətçisi Enrike Markes azadlığa buraxılıb. Bundan əlavə, vəkil və insan haqları fəalı Rosio San Migel də daxil olmaqla beş xarici vətəndaş da həbsdən azad edilib. ABŞ prezidenti Donald Tramp bu addımı “məqbul və vacib jest” adlandıraraq bildirib ki, Venesuelanın siyasi məhbusları azad etməsi sülhə doğru mühüm siqnaldır. Onun sözlərinə görə, ABŞ və Venesuela, xüsusilə neft və qaz infrastrukturu sahəsində əməkdaşlıq imkanlarını genişləndirə bilər. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə qeyd edib ki, bu addım ABŞ prezidentinin Amerika və Venesuela xalqları naminə maksimum təsir vasitələrindən istifadə etdiyinin göstəricisidir. İnsan haqları təşkilatlarının məlumatına əsasən, hazırda Venesuelada 850-dən çox siyasi məhbus saxlanılır və onların böyük əksəriyyəti Nikolas Maduro hakimiyyəti dövründə həbs edilib. Human Rights Watch təşkilatı isə bildirir ki, bir çox məhbus uzun müddət xarici dünya ilə əlaqədən məhrum vəziyyətdə saxlanılıb.

 

Seçilən
71
Ajans.az

1Mənbələr