AZ

QHT Agentliyinin Müşahidə Şurasının sədri: Dil dövlətçiliyin möhkəm təməlini təşkil edir

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və mədəni irsini özündə birləşdirən əsas dəyərdir. Dil milləti millət edən başlıca amil olmaqla yanaşı, dövlətçiliyin möhkəm təməlini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunmasına səfərbərlik” mövzusunda ictimai müzakirədə söyləyib.

O bildirib ki, Azərbaycan dili əsrlər boyu mənəvi varlığını qoruyaraq bu günümüzə qədər gəlib çatıb. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən əsas vasitə məhz ana dilimizdir.

"Dövlət dili kimi Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dilimizin təmizliyinin və zənginliyinin qorunması hər bir vətəndaşın mənəvi borcudur. Digər dilləri bilmək vacib və faydalıdır, lakin ana dilinə hörmət və sədaqət milli şüurun əsas göstəricisidir", - deyə F. Məmmədov vurğulayıb.

Seçilən
59
azertag.az

1Mənbələr