AZ

Finlandiya Rusiya ilə sərhəddə təlimlər keçirəcək

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Yanvarın 12-dən etibarən Finlandiyanın "Utti" (xüsusi təyinatlı) alayına məxsus helikopterlər ölkənin cənubunda, Rusiya sərhədinə yaxın ərazilərdə hərbi təlimlərə başlayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunları məlumat yayıb.

Məlumata görə, "NH90" və "MD500" tipli helikopterlərin uçuşları Kumenlakso bölgəsində həyata keçiriləcək. Təlimlər çərçivəsində mürəkkəb relyefdə enişlər və aşağı hündürlükdə uçuşlar məşq ediləcək.

Qeyd edək ki, bundan əvvəl Finlandiyanın Müdafiə Nazirliyi cari il ərzində ölkə Silahlı Qüvvələrinin 122 beynəlxalq və milli təlimdə iştirak edəcəyini açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
baku.ws

1Mənbələr