Bakı. Trend:
Azərbaycandan Ermənistana neft məhsullarının yeni partiyasınıngöndərilməsi gözlənilir. Bu dəfəki partiyaya 1000 ton Aİ-92 markalıbenzin, 1000 ton dizel yanacağı və 1800 ton Aİ-95 markalı benzindaxildir. Bu, 18 dekabr 2025-ci ildə 1220 ton Aİ-95 markalıbenzinin göndərildiyi ilk tədarükün ardınca ikinci yükgöndərişidir.
Məşhur azərbaycanlı iqtisadçı-ekspert İnqlab Əhmədov Trend-ə bildirib ki, bu cürtədarüklərdə əsas məqam onların müntəzəmliyi və uzunmüddətliperspektivləridir:
“Bunun kifayət qədər qısa zaman kəsiyində baş verməsi müsbəthaldır”.
Onun sözlərinə görə, ciddi və gözlənilməz hallar baş verməzsə,tədarük həcmləri artacaq və zamanla regionda sabit inkişaf edənticarət balansı formalaşacaq.
İ.Əhmədov qeyd edib ki, bu, artıq logistikanın uzunmüddətlişəkildə yenidən qurulması və Ermənistanla, ilk növbədə neftməhsullarının tədarükü sahəsində tərəfdaşlığın inkişafıperspektivləri barədə düşünməyə imkan verəcək.
“Əlbəttə, dəyişikliklər dərhal baş vermir. Azərbaycanın daxiliyanacaq təminatının və Ermənistanın tələbatının sabitliyinipozmamaq üçün riayət edilməli olan yanacaq-enerji balansımövcuddur. Ermənistan bazarı kiçikdir və buna baxmayaraq,yanacaq-enerji ‘xəritəsinin’ tez bir zamanda yenidən qurulmasındandanışmaq hələ tezdir. Hazırda söhbət simvolik ilkin addımlardangedir. Bütün bunlar vaxt tələb edəcək və regionda həm cənubda, həmdə şimalda, eləcə də bütövlükdə Avrasiya məkanında mövcud olan‘tektonik’ qeyri-sabitliyi nəzərə alaraq hadisələrin necə inkişafedəcəyi hələ məlum deyil”, – deyə o bildirib.
“Ticarət təkcə malların tədarükü deyil, həm də ölkələrin, həttamövqeləri hələ tam dostyana olmasa belə, qarşılıqlı asılılığı vəəməkdaşlığını əks etdirən daha geniş mənzərədir. Azərbaycanregionda əsas neft məhsulları təchizatçısı kimi tanınır. Hazırdabiz simvolik yanacaq-enerji məhsullarının tədarükü ilə başlayırıqki, bu da Ermənistan istiqamətində SSRİ-nin dağılmasından bərifəaliyyət göstərməyən logistika xəttinin bərpasını tələb edir.Digər təchizatçıların, o cümlədən Rusiyanın qeyri-sabitliyi fonundabu cür tədarüklər üçün zaman son dərəcə münasibdir. Bu isətədarüklərin gələcəkdə genişləndirilməsi və ölkələr arasındaiqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivini yaradır”, –deyə ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, neft məhsullarının tədarükü üzrə ilkaddımlar tədricən genişlənəcək və Ermənistan rəhbərliyininbildirdiyi kimi, digər məhsullarla tamamlanacaq.
Onun sözlərinə görə, bu, xalqlar və dövlətlər arasındamünasibətlərin qurulması istiqamətində mürəkkəb, lakin zəruri birprosesin başlanğıcıdır.
İ.Əhmədov bildirib ki, proseslər məhz lazım olduğu kimi inkişafedir və regionda yanacaq-enerji əməkdaşlığı üçün perspektivlərböyük vədlər verir.
Xatırladaq ki, 21 oktyabr 2025-ci ildə Azərbaycan Prezidentiİlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuatabirgə bəyanatda Azərbaycan işğal dövründən mövcud olan Ermənistanayük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradanqaldırıldığını və ilk belə tranzit yükünün Qazaxıstan taxılınınErmənistana daşınmasıolduğunu bəyan etmişdi.
18 dekabrda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistanayerli istehsal olunmuş ilk neft partiyasını göndərdi.