AZ

Kiyev meri sakinləri şəhəri tərk etməyə çağırıb

Ajans.az xəbər verir ki ,o , bu barədə Telegram kanalında paylaşım edib. “Alternativ elektrik və istilik mənbələri olan yerlərə köçmək imkanı olan paytaxt sakinlərinə müraciət edirəm”, – deyə Kliçko bildirib. Merin sözlərinə görə, hazırda Kiyevdə çoxmənzilli yaşayış binalarının təxminən yarısı — 6 minə yaxın bina istiliksizdir. O əlavə edib ki, gecə baş verən hücumlar kritik infrastruktur üçün ən ağrılı zərbələrdən biri olub. Bu arada Ali Radanın deputatı Oleksiy Kuçerenko bildirib ki, kommunal xidmət işçilərinə binadaxili sistemlərdən suyun boşaldılması ilə bağlı tapşırıq verilib. Məqsəd şaxta şəraitində suyun donaraq istilik borularının partlamasının qarşısını almaqdır. Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, ötən gecə Rusiya qüvvələri “Oreshnik” orta mənzilli raket sistemi, eləcə də quru və dənizdən buraxılan dəqiq idarə olunan silahlar və hücum dronları vasitəsilə Ukraynadakı vacib hədəflərə kütləvi zərbə endirib. Eyni zamanda Rusiya KİV-ləri Ukrayna Silahlı Qüvvələrinin 8–9 yanvar gecəsi Belqorod vilayətinə raket zərbələri endirdiyini bildirib. Məlumata görə, altı bələdiyyədə 556 min nəfər elektrik enerjisindən, demək olar ki, eyni sayda sakin isə istilikdən məhrum olub. Daha 200 minə yaxın insan su və kanalizasiya xidmətlərindən istifadə edə bilmir. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.

 

Seçilən
57
Ajans.az

1Mənbələr