Dünya iqtisadiyyatının keçid dövrü ölkələrinin real ümumdaxili məhsul (ÜDM) artımına dair yeni proqnozlar açıqlanıb.
NOCOMMENT.az bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dünyanın İqtisadi Vəziyyəti və Perspektivləri – 2026” hesabatına istinadən xəbər verir.
Rəsmi proqnozlara əsasən, Azərbaycanda 2023-cü ildə iqtisadi artım 1.1% olub, 2024-cü ildə isə bu rəqəm 4.1%-ə yüksəlib.
Sözügedən proqnozlara görə, gələcək illər üçün də müsbət dinamika gözlənilir. Məlumatda bildirilir ki, 2026-cı ildə Azərbaycan iqtisadiyyatının real ÜDM artımı 2.7% təşkil edəcək. Cari proqnozlara görə, 2027-ci ildə də iqtisadi artımın davam edəcəyi və 2.6% səviyyəsində olacağı gözlənilir.
Proqnozlara görə, pandemiya dövründə – 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4.2% azalma ilə üzləşsə də, 2021-ci ildə 5.6%, 2022-ci ildə isə 4.7% artım qeydə alınıb.
Qeyd edək ki, proqnozlar BMT-nin iqtisadi modeli əsasında hazırlanıb və Azərbaycan MDB ölkələri ilə müqayisədə sabit artım tempi ilə seçilir.