
İsrailin Qəzza zolağına hücumları son 24 saat ərzində 14 nəfərin ölümünə və 17 nəfərin yaralanmasına səbəb olub.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bu barədə məlumat yayıb.
Atəşkəs rejiminin qüvvəyə minməsindən bəri ölənlərin sayı 439-a, yaralananların sayı isə 1223-ə çatıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlarına başlamasından bəri ümumi ölənlərin sayı 71.409, yaralananların sayı isə 171.304 olub.
İlahə Qənbərli
Missiya.Az