Bakı. Trend:
Bakı – tarixin daşda həkk olunduğu, müasirliyin isə şüşə vəmetal ilə ucaldığı şəhərdir. Lakin bu qatların arasında başqa birqat da var – canlı və döyünən. Bu, küçə sənətidir. Bakıda qraffitiartıq sadəcə vizual jest olmaqdan çıxıb – o, daha çox dialoqforması və vizual özünüifadə vasitəsidir və şəhər mədəniyyətininbir parçasına çevrilib. Bu işlər isə qışqırmır, danışır: keçəninsanlarla, memarlıqla, vaxtın özü ilə.
Trend ArifQuluzadə tərəfindən hazırlanmış fotoreportajı təqdim edir.
Qraffiti meqapolisin vizual gündəliyi kimidir, onun daxiliritmini əks etdirir. Bakıdakı bu sənət pafosdan uzaqdır. O, özünüzorla qəbul etdirmir, amma bir dəfə nəzərə çarpdıqda yaddaşlardaqalır. Burada aqressiv formalar yoxdur – daha çox düşüncə, obraz,əhval-ruhiyyə, bəzən ironik, bəzən lirik olur. Dünyanın əksərpaytaxtlarında olduğu kimi, Bakının küçə sənəti də teqlərdən vəspontan yazılardan maraqlı sənət kompozisiyalarına doğru inkişafedib. Bu işlərdə çox şey oxumaq olar – şəhər kimliyininaxtarışından, düşüncələrdən və ənənələrdən nəsillərarası dialoqaqədər, böyük şəhərin emosiyalarını açır.
Bakının “street art”ının xüsusiyyəti onun Azərbaycanın mədənikodu ilə bağlılığıdır. Bu, stilizasiya və ya nostalgiya deyil,ənənənin bu günün dili ilə yenidən şərh olunmasıdır. Beləliklə,küçə sənəti getdikcə keçmiş ilə gələcək arasında körpüyəçevrilir…
Əksər küçə rəssamları hələ də anonim qalır. Onlar üçüntanınmaqdan daha vacib jestin azadlığı və ifadənin dürüstlüyüdür.Üstəlik, festivallar təşkil olunanda, şəhər təşəbbüsləri xüsusisənət məkanları ayırır ki, rəssamlar ideyalarını reallaşdırabilsinlər.
Əlbəttə, qraffitiyə münasibət hələ də qarışıqdır. Bəziləri üçünbu sənət və azad nəfəsdir, bəziləri üçün isə tanış qaydanınpozulması. Amma məhz bu gərginlikdə küçə sənəti yaranır: o, icazəverilən ilə olmayanın sərhədində, xaos ilə forma arasındamövcuddur. Bakıda qraffiti isə sonu olmayan bir prosesdir. Bəziləriyox olur, bəziləri ortaya çıxır, bəziləri dəyişir. Şəhər sanki özportretini daim yenidən yazır – qat-qat, rəngarəng…
Bəlkə də məhz Bakının divarlarında olan bu şəkillərdə daha dərinşəkildə özünü göstərir: təkcə zəngin tarixə malik paytaxt kimideyil, həm də hiss edə bilən, danışa bilən və dəyişə bilən canlıbir orqanizm kimi.