AZ

"Bu döyüş hələ bitməyib" - Ronaldudan yeni paylaşım

Səudiyyə Ərəbistanı Pro Liqasının 14-cü turunda öz meydanında "Əl-Kadisiya" komandasına 1:2 hesabı ilə uduzan "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu matçdan sonra paylaşım edib.

Fanat.Az xəbər verir ki, 40 yaşlı portuqaliyalı sosial şəbəkə hesablarında belə yazıb:

"Bu döyüş hələ bitməyib. Biz işləməyə davam edirik və birlikdə uğura nail olacağıq!"

Meydan sahiblərinin yeganə qoluna 81-ci dəqiqədə məhz Ronaldu imza atıb. 

13 oyuna 31 xal toplayan "Əl-Nəsr" Pro Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutubsa, "Əl-Kadisiya" 27 xalla 4-cü yerdə qərarlaşıb.

Nihat

 

Seçilən
5
1
fanat.az

2Mənbələr