Xavi "Mançester Yunayted"in yeni baş məşqçisi olmaq istəyir.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis "qırmızı şeytanlardan" təklif gözləyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Lakin tərəflər arasında heç bir danışıq yoxdur.

Xavi son olaraq "Barselona"nı çalışdırıb. O, 2024-cü ilin yayından bəri işsizdir.