Hörmətli Prezidentimizin tarixi dönüş nöqtəsi əsasən Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı oldu. Siyasi baxımdan müharibə ritorikalarına son qoyuldu, hazırda isə hüquqi və texniki məsələləri də öz xeyrimizə həll etmək üçün məharətli addımların atılması məqsədilə bu müsahibədə ciddi mesajlar verildi. Qazandığımız qələbə hərbi uğurumuzun yekunu olmaqla yanaşı, siyasi səviyyədə əldə olunmuş məharətin, qətiyyətin və intellektin nəticəsinin təsdiqidir. Sülhün qorunması və gücləndirilməsi də davamlı siyasət tələb edir. Bölgədə dəyişən siyasi reallıqlara uyğunlaşma qabiliyyətini nümayiş etdirmək, davamlı olaraq siyasi şəraitə uyğun paralel diplomatik addımlar atmaq yüksək zəkanın göstəriciləridir və biz əminliklə bildiririk ki, bu yanaşma ilə region siyasi xətalardan və qeyri-regional qüvvələrin əsarətdə saxlama siyasətindən qurtulmuşdur. Möhtərəm Prezidentimizin müasir beynəlxalq hüquq mexanizmləri effektiv işləmədiyi üçün Azərbaycan öz reallığını meydana gətirdi və bu yaradılan reallığı dünyada qəbul etdirdi. Bəli, bu, məharətin, yüksək qabiliyyətin, böyük düşüncənin və güc siyasəti ilə diplomatiyamızın sintezidir.
Ramil Hüseynov
"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31