AZ

Milli Parkda meşəni talan edən şəxsə vəzifə verilib? – FOTO

Hirkan Milli Parkında ağacları kəsən şəxs işə qəbul olunub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayon Daşdatuk kənd sakini Bünyad Fuad oğlu Nəhmətzadə yeniden Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Hirkan Milli Parkında mühafizə vəzifəsinə təyin olunub. Yeni təyinat yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb.

Sakinlər deyir ki, B.Nəhmətzadə uzun müddətdir ki, Hirkan Milli Parkın ərazisində ağacları kəsməklə məşğul olub.

“İndi necə olur ki, bu şəxsə etimad göstərilərək, özü də mühafizəyə vəzifəsinə geri götürülüb. Görünən odur ki, kim ağac kəsdi, o da rəhbərlik tərəfindən müdafiə olunur və işə götürülür”.

Qeyd edək ki, adı çəkilən Bünyad Nəhmətzadə 08.01.2026-cı il tarixində Hirkan Milli Parkında mühafizə vəzifəsinə yenidən təyin olunub.

Sara

Seçilən
35
nocomment.az

1Mənbələr