AZ

BRICS Plus dəniz təliminə başlayıb

Cümə günü Cənubi Afrika sularında Çinin rəhbərliyi ilə ilk dəfə BRICS ölkələrinin birgə dəniz təlimi başlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Sülh üçün iradə 2026” adlandırılan bu təlimin BRICS adı altında keçirilən ilk müdafiə fəaliyyəti olduğu bildirilib. Təlimin əsas mövzusu dəniz nəqliyyatı və dəniz iqtisadi fəaliyyətlərinin təhlükəsizliyinin təmin edilməsidir. 

Bu çərçivədə üzv ölkələr arasında dəniz təhlükəsizliyi əməliyyatlarında birgə fəaliyyət qabiliyyətinin artırılması və regional dəniz sabitliyinə töhfə verilməsi hədəflənir. Cənubi Afrika tərəfindən təlimə hansı ölkələrin qatılacağı rəsmi olaraq açıqlanmasa da, beynəlxalq mediada yayılan xəbərlərdə Rusiyanın və İranın təlimdə iştirak edəcəyi bildirilir. 

2023-2024-cü illərdə genişlənmə ilə İran, Misir, Efiopiya, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri qrupa tamhüquqlu üzv kimi qoşuldu. 2025-ci ilin yanvar ayından etibarən BRICS tamhüquqlu üzvlüyə namizəd ölkələrlə əməkdaşlığı dərinləşdirmək üçün assosiativ ölkələr kateqoriyası yaratdı. 

Hazırkı rəsmi BRICS assosiativ ölkələri bunlardır: Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Tailand, Uqanda, Özbəkistan, Nigeriya, Vyetnam. 

Seçilən
113
1
cebheinfo.az

2Mənbələr