Bakı.Trend:
Qabriel Paulista ilə yollarını ayıran "Beşiktaş" müdafiə xəttiniyeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend türkKİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsashədəfi "Vulverhempton"da çıxış edən Emmanuel Aqbadudur.
"Qara qartallar" Fil Dişi Sahili millisinin üzvü üçün İngiltərəklubuna 15 milyon avroluq satınalma bəndi ilə icarə təklifigöndərib. Klubların anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu 2025-ci ilinyanvar ayında "Reyms"dən transfer edib.