"Liverpul" İngiltərə Premyer Liqasında (İPL) məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırıb.
Fanat.Az-ın məlumatına görə, cari mövsüm qeyri-sabit çıxışla diqqət çəkən son çempion dünən ölkə çempionatının 21-ci turu çərçivəsində lider "Arsenal"la səfərdə qolsuz bərabərliyə razılaşaraq azarkeşlərini ümidləndirib.
Mersisayt təmsilçisi son dəfə İPL-də ötən ilin noyabrında "Nottingem Forest"ə yenilib - 0:3. O vaxtdan bəri Arne Slotun yetirmələri 4 qələbə və 5 heç-heçəyə imza atıblar.
Hazırda 35 xalı olan "Liverpul" İPL-in turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Sözügedən kollektiv lider "Arsenal"dan 14 xal geri qalır.
Nihat