AZ

“Space TV”nin yayımı dayandırılacaq – Səbəb aparıcının bu sözləridir + VİDEO

Audiovizual Şurası dekabrın 25-i "Space TV"də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib.

“Yeni Sabah” xəbər verir ki, cəzaya səbəb aparıcının tələbə qızlar barədə səsləndirdiyi fikirlərdir:

“Analar rayonlarda zülm çəkirlər, mal-qara saxlayırlar, övladlarını oxumağa göndərirlər. O gün şəhərdə idim, and olsun Allaha, bir oyunlar görürəm, axşam saatlarında bir biabırçılıqlar görürəm ki…

Bunu edənlərin əksəriyyəti yox, 99 faizi tələbələrdir.

Astarada yaşayırsan, qızını qoy Lənkəran Dövlət Universitetinə, Gəncədə, Tovuzda, Qazaxdasansa, oradakı universitetlərdə oxut. Naxçıvanda yaşayırsınızsa, övladınızı orada universitetə göndərin. Qardaş, onları Bakıya nəyə göndərirsiniz?! Mən demirəm Bakıda oxumağa qadağa olsun, xeyr, amma bəzi detallar var ki, sizin xəbəriniz yoxdur!

Bir gün geyiminizi dəyişin, gəlin, gecə çıxın şəhərə. Görün nələr baş verir! Biabırçılıqdır!

Mən əsəbdən deyirəm, bu paxıllıq deyil! Bir idmançı oğlan açıb mesaj qutusunu mənə göstərdi, adam təəccüblənir. Elə qızlar yazıb ki… Oğlan “Salam” yazan kimi götürüb şəkil atırlar. 20 Yanvarda bir universitetin tələbəsi olan qız var, yazmadığı adam qalmayıb. Özləri də Aran zonasındandırlar.

Siz əziyyətlə mal-qara, toyuq-cücə saxlayırsınız, yumurta satırsınız ki, balanız oxusun. Yaxınlıqdakı universitetlərə göndərin, onsuz da fərasəti olan oxuyacaq, işləyəcək.  Siz niyə bölgə universitetlərini belə aşağı səviyyədə görürsünüz?!”

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
53
3
yenisabah.az

4Mənbələr