AZ

Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir

Bakı, 9 yanvar, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə deyib.

“Genişmiqyaslı və ardıcıl şəkildə keçirilən tədbirlər mərkəzin fəaliyyətinin dinamik inkişaf etdiyini sübut edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir. Son illərdə Özbəkistan ilə bir sıra əməkdaşlıq memorandumları imzalanıb və bu layihələrdən bir neçəsi artıq uğurla reallaşıb”, - deyə direktor diqqətə çatdırıb.

 

Seçilən
77
azertag.az

1Mənbələr