Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində kütləvi qayda pozuntusu kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 8-də saat 07:57 radələrində qeydə alınıb. Belə ki, 01-CU-205 dövlət nömrə nişanlı “Hyundai” markalı, 50-CY-615 dövlət nömrə nişanlı “Changan” markalı, “VAZ-2107” markalı və “Hyundai” markalı avtobusun sürücüləri tıxacda gözləməkdən imtina edərək avtobus zolağına keçiblər.
Xatırladaq ki, qanunvericiliyə əsasən, xüsusi zolaqlardan yalnız müvafiq nəqliyyat vasitələri istifadə edə bilər və qayda pozan sürücülər inzibati məsuliyyətə cəlb edilə bilər.
Nərmin
Oxunub 118
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.