AZ

Natiq Məmmədli: Dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımlar atmalıyıq

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımlar atmalıyıq".

Oxu.Az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.

O, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlərdən sitat gətirərək qeyd edib ki, hazırda bununla bağlı müzakirələrin keçirilməsi olduqca əhəmiyyətlidir:

"Maarifləndirmək istiqamətində davamlı işlər görməliyik. Bizə futbolçu, idmançı lazımdırsa, onu xaricdən gətirə bilərik. Amma Azərbaycan dilində yaxşı danışan şəxs gətirə bilmərik. Biz daha çox praktik addımlar atmalıyıq".

N.Məmmədli onlayn mediadakı bəzi problemlərdən danışıb:

"Bəzən xəbər başlıqlarında bütün hərflər böyük hərflə yazılır. Vasitəsiz və vasitəsilə nitq məsələsində problemlərimiz var. Oxucu bilməlidir ki, yazıda şərh və informasiya hansıdır. Qəzetdə yazdığımız yazını sayta qoya bilmərik. Onda bu, onlayn media olmaz. Komissiyasının yetərincə intellektual üzvləri var. Səhvlərin aradan qaldırılması istiqamətində də tövsiyələr olmalıdır. Müəyyən etməliyik ki, onlayn medianın dili hansı standartlara cavab verməlidir".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr