“Liverpul” legionerlərindən birinə yeni müqavilə təklif edib.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi İbrahima Konateni buraxmaq niyyətində deyil.
Tərəflər arasında yeni müqavilə ilə bağlı ilkin danışıq olub. Fransız müdafiəçi özü ə “Liverpul”da qalmaq istəyir. İngiltərə klubu ona yeni şərtlərlə 3 illik müqavilə təklif edib.
Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Konate 2021-ci ildə “Leyptsiq”dən “Liverpul”a keçmişdi. O, əvvəllər “Soşo”da da oynayıb.