"Qurtuluş" Reabilitasiya Mərkəzində müalicə alan və ötən axşam qaçan jurnalist Nəsimi Nəbizadənin evinə gedilməsi, onun yenidən mərkəzə gətirilməsi üçün çalışılması qeyri-qanuni addım kimi dəyərləndirilir. Bununla bağlı aidiyyəti qurumların hərəkətə keçməsi tələb edilir.
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov isə Pravda.az-a açıqlamasında deyib ki, Nəsimi Nəbizadəyə qarşı heç bir qeyri-qanuni davranış olmayıb.
"Hələ ki Nəsimi Nəbizadədən xəbər yoxdur. Onunla söhbət etmək istəyirdik. Çünki bizim vədlərimiz var idi. Nəsimi Nəbizadəyə bu qədər xərc çəkmişik. Söhbət etmək istəyirdik ki, sağlam düşüncəyə gətirək. Gedib Nəsimi Nəbizadənin qapısını qırıb onu evindən götürməmişik ki..." - o bildirib.
Aytəkin Qardaşova