Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Etirazçılar Tehranda 26 banka və 10 dövlət idarəsinə zərər vurub və 25 məscidi yandırıblar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Tehran meri Əlirza Zəkani bildirib:
"Onlar 26 banka hücum ediblər və 25 məscidi yandırıblar. Vandallar, həmçinin dünən gecə 42 avtobusa, ictimai nəqliyyat vasitələrinə və təcili yardım maşınlarına, 10 dövlət idarəsində və 24 mənzildə də yanğın törədiblər".O əlavə edib ki, hüquq-mühafizə orqanlarının postlarına da hücum edilib.
Mer əlavə edib ki, etirazçılar yanğınları söndürməyə gedən 48 yanğınsöndürmə maşınını yandırıblar.Xatırladaq ki, bu gün də İranda bir neçə şəhərdə etiraz yürüşləri keçirilir. Ölkənin internet xidməti kəsilib.İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyuta olan İran rialının devalvasiyası səbəbindən başlayıb.
Etirazların əsas diqqət mərkəzində əvvəlcə valyuta məzənnəsindəki kəskin dalğalanmalar və onların topdan və pərakəndə satış qiymətlərinə təsiri dayanırdı. Lakin İranın bir neçə şəhərində etirazlar sonradan polislə toqquşmalara çevrilib və şüarlar İrandakı mövcud siyasi sistemi hədəf alaraq siyasi xarakter alıb. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər:
İran etiraz
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.