AZ

17 yaşlı ulduz ən yaxşı seçildi

“Bayern”in yarımmüdafiəçisi Lennart Karl dekabr ayının yekunlarına əsasən komandanın ən yaxşı futbolçusu seçilib.

Publika.az xəbər verir ki, 17 yaşlı almaniyalı ulduz azarkeşlər arasında keçirilən səsvermədə 45 faiz səs toplayaraq Harri Keyni (18 faiz) və Maykl Oliseni (17 faiz) qabaqlayıb.

Dekabr ayında Karl bütün turnirlər üzrə “Bayern”in heyətində keçirdiyi 5 oyunda 2 qolla yadda qalıb.

Seçilən
69
publika.az

1Mənbələr