Rayon rəhbəri şəhid Şahin Əmirovun ailəsini ziyarət edib...
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Milli Məclisin deputatı Xanlar Fətiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əmirov Şahin Əhəd oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Əmirov Şahin Əhəd oğlu 1961-ci il fevral ayının 23-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Sürücülük ixtisasına yiyələnmiş və yaşadığı M.Ə.Sabir adına sovxozda sürücü işləmişdir. Qarabağ müharibəsi başlananda o, rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 29-da Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Yaqut və Nuranə adlı iki qızı var. Şəhid Hüsənli kənd qǝbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.



Poliqon.info