AZ

Alonso: “Məqsəd finala çıxmaq idi”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real”ın baş məşqçisi Xabi Alonso İspaniya Superkubokunda finala çıxmalarını şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis yarımfinalda “Atletiko”ya qalib gəldikləri oyunla (2:1) bağlı bunları deyib:

“Erkən vurduğumuz qol bizə üstünlük yaratdı. Uzun müddət müdafiədə qaldıq və hücuma az çıxdıq. Məqsəd finala çıxmaq idi və bunu bacardıq.

Hesabda 1:0 öndə olanda gərginlik var idi. Fasilədən sonra dərhal ikinci qolu vurmağımız yaxşı oldu. Lakin buraxdığımız qol işimizi çətinə saldı. İstəyimiz müdafiədən oynamaq deyildi, lakin rəqib bəzi anlarda bizi buna məcbur etdi”.

“Real” finalda “Barselona” ilə qarşılaşacaq. Matç yanvarın 11-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
futbolpress.az

1Mənbələr