İsrail ordusu Livandakı Hizbullah hədəflərinə hücum dalğası barədə məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF Livandakı Hizbullah hədəflərinə qarşı yeni bir hücum dalğası elan edərək, qrupu atəşkəs razılaşmalarını pozmaqda ittiham edib.
Bəyanatda deyilir: "Bir müddət əvvəl Hizbullahın atəşkəsi davamlı şəkildə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanda Hizbullah terrorçularının hədəflərinə zərbələr endirməyə başlayıb".