AZ

Almaniya ordu üçün 20 000 könüllü cəlb etmək istəyir

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanunun bir hissəsi olaraq 2026-cı ildə Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün 20 000 könüllü cəlb etməyi planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı nazirin Bundestaqın (Almaniya parlamenti) CDU/CSU və SPD fraksiyalarından olan üzvlərinə ünvanladığı məktuba istinadla məlumat yayıb.

Hakim koalisiya fraksiyalarına göndərdiyi məktubda Pistorius həmçinin, nazirliyinin 2026-cı il üçün əsas layihələrini elan edib.

Jurnal yazır ki, 20 000 könüllü hədəfi iddialıdır. Çünki 2025-ci ildə Almaniya orduya planlaşdırılandan xeyli az, cəmi 12 mindən bir qədər çox gənc kişi və qadın cəlb edə bilmiş, halbuki, 2025-ci ilin sonuna qədər 15 000 könüllünün cəlb edilməsi nəzərdə tutulmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
yeniavaz.com

1Mənbələr