Qışın gəlişi ilə soyuq havalara qarşı orqanizmi qoruyan, vitamin və minerallarla zəngin meyvələr süfrələrdə daha çox yer almağa başlayır.
Pravda.az bildirir ki, portağal, mandarin, limon, nar və alma qış aylarında immun sisteminin güclənməsində mühüm rol oynayır.
Mütəxəssislər qeyd edirlər ki, sitrus meyvələri C vitamini baxımından zəngin olub, soyuqdəymə və infeksiyalara qarşı bədənin müqavimətini artırır. Nar isə güclü antioksidant təsiri ilə orqanizmi zərərli maddələrdən qoruyur. Həkimlər qış meyvələrinin mövsümündə, təbii və ölçülü şəkildə istehlak edilməsini tövsiyə edirlər.
Əminə Bayramova
Tarix: 9 Yanvar 2026, 17:01