AZ

907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır

Bakı, 9 yanvar, AZƏRTAC

Azadlığı Müdafiə Aktı SSRİ-nin dağılmasından sonra ABŞ tərəfindən yeni müstəqillik əldə etmiş dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatına keçidi sürətləndirmək məqsədilə 1992-ci ildə qəbul edilib. Əfsuslar olsun ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı bir vaxtda ABŞ-dakı erməni diasporu və onların təsirli lobbi təşkilatlarının təşəbbüsü ilə həmin akta 907-ci düzəliş edildi. Beləliklə, 1992-ci ilin oktyabr ayından etibarən Azadlığı Müdafiə Aktına edilən bu dəyişikliklə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edildi. Bununla da Azərbaycan ABŞ-ın post-sovet məkanında yardım və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrildi. Zaman-zaman Birləşmiş Ştatlar öz maraqlarına uyğun olaraq bu müddəanın tətbiqini dondurub.

Azərbaycan-ABŞ münasibətlərində siyasi təzyiq rolunu oynayan bu düzəlişin tətbiqi Donald Tramp tərəfindən 2025-ci il avqustun 8-də dayandırıldı. Bu, böyük rəmzi məna daşıyır. İndi isə düzəlişin birdəfəlik aradan qaldırılması məsələsi gündəmdədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres 907-ci düzəlişi birdəfəlik ləğv etməlidir.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.

Seçilən
64
1
azertag.az

2Mənbələr