“Fly Dubai” aviaşirkəti Tehran, Şiraz və Məşhəd də daxil olmaqla İran şəhərləri arasında planlaşdırılan ən azı 17 reysi ləğv edib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü bəyanat yayıb.
Bəynatda aviaşirkətin İrandakı vəziyyəti izləməyə davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, İranda dekabrın 28-də başlayan etirazlar yayılmağa davam edir. Tehran şəhərində küçələr və meydanlar rejim əleyhinə etirazçılarla dolub.