AZ

"Rəqib qapı çərçivəsinə bir zərbə də endirə bilmədi"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının (İPL) 21-ci turu çərçivəsində dünən "Liverpul"a qarşı keçirdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 49 xalla lider mövqeyində qərarlaşan "topçular"ın çalışdırıcısının sözlərini klubun rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, qələbə qazanmaq istəyirdik. Təəssüf ki, istəyimizə nail olmadıq. Qol vəziyyətləri və boş zonalardan istifadə sayəsində qələbə qazanmağa yaxın idik. İkinci yarıda daha çox dominantlıq etdik. Meydanda böyük üstünlüklə diqqət çəkə bilməməyimizə gəlincə, topu tez-tez itirirdik ki, bu bizim üçün xarakterik hal deyil. Top itkiləri kompakt oynamağımıza mane olurdu. Rəqib isə qapı çərçivəsinə bir zərbə də endirə bilmədi".

Nihat 

Seçilən
14
1
fanat.az

2Mənbələr