Quru sərhədlərin bağlı olması və uçuş coğrafiyasının genişləndirilməsi "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) maliyyə göstəricilərinə müsbət göstərib. AZAL 2024-cü ili 216 milyon 666 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 116 milyon 598 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, AZAL-ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 100 milyon 68 min manat və ya 85,8% artıb. Əməliyyat icarəsi üzrə gəlirlərin, sair gəlirlərin, maliyyə gəlirlərinin (faiz gəlirlərinin) artması və maliyyə xərclərinin kəskin azalması hesabına dövlət şirkətinin xalis mənfəətində artım baş verib.
Marja.az xəbər verir ki, AZAL-ın daşımalar və digər xidmətlər üzrə gəlirləri 2023-cü ildə 1 milyard 467 milyon 143 min manat ikən, 2024-cü ildə 1 milyard 954 milyon 533 min manat təşkil edib (487 min 390 manat manat və ya 33,2% artıb).
2024-cü ildə həmçinin AZAL əməliyyat icarəsi üzrə 17 milyon 860 min manat, maliyyə gəlirləri üzrə 9 milyon 515 min manat, sair gəlirlər üzrə 24 milyon 240 min manat gəlir əldə edib, dövlətdən 22 milyon 400 min manat subsidiya alıb.
AZAL-ın əməliyyat xərcləri 2023-cü ildə 1 milyard 187 milyon 312 min manat ikən, 2024-cü ildə 1 milyard 689 milyon 800 min manata yüksəlib (502 milyon 488 min manat və ya 42,3% artıb). Başqa sözlə, əməliyyat xərclərindəki artım, daşımalar və digər xidmətlər üzrə gəlirlərdəki artımı üstələyib.
2024-cü ildə AZAL-ın cəmi gəlirləri 2 milyard 28 milyon 548 min manat (2023-cü ildə 1 milyard 505 milyon 61 min), cəmi xərcləri 1 milyard 811 milyon 882 min manat (2023-cü ildə 1 milyard 388 milyon 463 min manat), cəmi gəlirlər cəmi xərcləri üstələdiyi üçün əməliyyat mənfəəti 216 milyon 666 min manat təşkil edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
