AZ

Vatikan tarixi binanı icarəyə verəcək

Bakı, 9 yanvar, AZƏRTAC

Vatikan Romanın mərkəzində yerləşən tarixi qonaq evinin dördulduzlu otelə çevrilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın “Il Messaggero” qəzeti yazıb.

Nəşr qeyd edir ki, keçmiş Roma Papası Fransisk bu qərara qarşı çıxsa da, hazırda Vatikan XV əsrə aid tarixi binanı özəl şirkətə icarəyə vermək və onu mehmanxanaya çevirmək barədə qərar qəbul edib.

Bu bina 1970-ci illərin əvvəlində Papa VI Pavelin pontifikatı dövründə Romada müvəqqəti qalan yepiskoplar, keşişlər və kardinallar üçün ucuz yaşayış yeri kimi istifadə olunub.

Vatikan tarixi binanın icarəyə verilməsi barədə qərarı iqtisadi səbəblərlə əsaslandırıb. Binanın bərpası üçün 60 milyon avro tələb olunduğundan, Müqəddəs Taxt-Tac bu məbləği xərcləmək istəməyib. Bir neçə kardinal yeni Papa XIV Leoya müraciət etsə də, o, mövqeyindən dönməyib.

Palazzo məşhur Navona meydanından cəmi bir neçə addımlıq məsafədə yerləşir. Qonaq evi 2013-cü ildə Papa Fransiskin orada qalma haqqını şəxsən özünün ödəməsi ilə tanınıb.

Seçilən
65
2
azertag.az

3Mənbələr