Metbuat.az xəbər verir ki, soyuq hava şəraiti bəzi şəhər və rayonlarda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Kastamonu vilayətində temperatur -24 dərəcəyə düşüb. Ölkənin bəzi vilayətlərində qarın hündürlüyü 2 metrə çatıb. Yollar buz bagladığı, nəqliyyatın hərəkəti iflic olduğu üçün Kahramanmaraş, Bingöl, Kocaeli, Malatya, Elazığ, Hakkari, Muş və Kastamonu vilayətlərinin bəzi rayon və qəsəbələrində orta məktəblər 1 günlük bağlanıb.
Meteorologiya Baş İdarəsindən soyuq hava şəraitinin gələn həftə də davam edəcəyi bildirilib.