ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Nəsimi rayonu, Həsən bəy Zərdabi küçəsində (“TadBeer” restoranının qarşısında) dayanma-durma qaydalarını pozan sürücülər kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək ətraflı məlumat verib.
Hadisə yanvar 8-də saat 21:09 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 77-RN-239 dövlət nömrə nişanlı “Volkswagen” markalı, 77-ME-055 dövlət nömrə nişanlı “Toyota” markalı və “Khazar” markalı avtomobillərin sürücüləri dayanama və durmanı qadağan edən nişanın təsir sahəsində saxlayıblar. İzləyinin sözlərinə görə, sürücülər kameraya düşməmək üçün avtomobillərini yola perpendikulyar park ediblər. Nəticədə onlar zolağı zəbt edərək ərazidən keçən sürücülərə çətinliklə yaşadıblar.
Eyni zamanda o bildirib ki, sözügedən küçədə bu nadir hal deyil, əksər vaxtlarda eyni mənzərə müşahidə olunur.
Nərmin
Oxunub 58
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.