Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının hərbçiləri Karib dənizində “Olina”tankerinin saxlanılması ilə bağlı əməliyyata başlayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Əməliyyatın təfərrüatları barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl yanvarın 7-də “Marinera” tankeriAtlantik okeanının şimalında ABŞ tərəfindən saxlanılmışdı. GəmiVenesuelanın dəniz blokadasını keçə bilmədiyi üçün bir neçə həftəərzində Rusiya bayrağı altında üzüb. Rusiya höküməti gəmininmüvəqqəti olaraq Rusiya bayrağı altında üzməsinə icazə verdiyini,eləcə də gəminin göyərtəsində Rusiya vətəndaşlarının olduğunutəsdiqləyib.
ABŞ tərəfinin açıqlamasına görə, gəmi sanksiya rejimini pozmaqdavə enerji resurslarının mümkün qeyri-qanuni daşınmasında şübhəlibilinib. Hadisə xüsusilə ona görə rezonans doğurub ki, yaxınlıqdaRusiya hərbi gəmiləri də olub, lakin tərəflər arasında birbaşatoqquşma baş verməyib.