PSJ-nin ulduzu Fabian Ruiz "Qalatasaray"ın maraq dairəsindədir.
Publika.az xəbər verir ki, Türkiyənin “Sabah” nəşrinin məlumatına görə, İstanbul klubu onun transferi üçün fəal şəkildə çalışır.
İspaniyalı yarımmüdafiəçi PSJ-də baş məşqçi Luis Enrikenin əsas oyunçularından biri sayılsa da, növbəti mövsüm komandanın yarımmüdafiə xəttində gözlənilən dəyişikliklər fonunda Ruiz klubdan ayrılma variantını nəzərdən keçirə bilər.
Futbolçunun bazar dəyəri 40 milyon avro qiymətləndirilsə də, “Qalatasaray” onu bu məbləğin təxminən yarısına heyətinə qatmağa ümid edir.