AZ

Sadəlik dəbdədir:ev dekorasiyasında yeni yanaşma

Son dövrlər ev dekorasiyasında təbii və funksional dizaynlar daha çox seçilir.

 

Pravda.az bildirir ki, insanların evdə daha çox vaxt keçirməsi rahat və sadə interyerə olan tələbatı artırıb. Açıq rəng tonları məkanın daha geniş görünməsinə kömək edir, ağac və daş kimi təbii materiallar isə evə isti və səmimi abu-hava qatır.

 

Mütəxəssislər dekorasiyada artıq əşyalardan uzaq durmağı, işıqlandırmanın düzgün seçilməsini və bitkilərlə məkanın canlandırılmasını tövsiyə edirlər. Sadə və rahat dekorasiya insanın psixoloji durumuna da müsbət təsir göstərir.

 

Əminə Bayramova

Tarix: 9 Yanvar 2026, 17:19   
Seçilən
31
pravda.az

1Mənbələr