AZ

İsrail Livana növbəti dəfə atəşkəsi pozaraq hücum edib

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin atəşkəs razılaşmasına baxmayaraq hücumlarını davam etdirdiyi Livanı növbəti dəfə hava zərbələri ilə hədəfə aldığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun yaydığı açıqlamada, “Hizbullah”ın atəşkəsi pozduğu iddiası ilə Livana hava hücumları həyata keçirildiyi qeyd olunub.

Açıqlamada İsrail ordusu, “Hizbullah”ın infrastrukturunu yenidən qurmaq və hərbi baxımdan güclənmək üçün istifadə etdiyi silah anbarları və bir silah istehsalı obyektinin hədəfə alındığını irəli sürüb.

Bildirilib ki, buraxılış qurğuları, raketatanlar və hərbi obyektlər vurulub.Məlumatda hücumların müxtəlif bölgələrə yönəldiyi qeyd edilsə də, konkret hansı ərazilərin hədəf alındığı barədə dəqiq məlumat verilməyib.

Livan mətbuatı İsrail hücumlarında ölkənin cənubu ilə yanaşı, şərqdə yerləşən Bəkaa bölgəsinin də hədəf alındığını yazıb.

Bundan əvvəl İsrail ordusunun Livanın cənubundakı Yarun qəsəbəsinə daxil olaraq bir binanı partlayıcı maddələrlə dağıtdığı, həmçinin işıqlandırıcı fişənglər ataraq ərazidə yanğın yaratdığı bildirilmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
cebheinfo.az

2Mənbələr