AZ

ABŞ sanksiyalı neft tankerini ələ keçirməyə cəhd edir

ABŞ

ABŞ Karib regionunda, Trinidad və Tobaqo sahilləri yaxınlığında "Olina" tankerinin ələ keçirilməsi üzrə əməliyyat həyata keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmi şəxsə istinadən yazıb.

“Məlumata görə, ABŞ hazırda Trinidad və Tobaqo yaxınlığında Karib regionunda Olina tankerinin ələ keçirilməsi prosesini aparır”, – deyə mənbə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, gəmi Venesueladan hərəkət edib.

Gəmilərin izlənməsi üçün istifadə olunan Vesselfinder saytının məlumatına əsasən, söhbət neft tankerindən gedir. Gəmi ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altındadır və hazırda naməlum bayraq altında üzür. 2025-ci ildə isə gəmi San-Tome və Prinsipi bayrağı altında fəaliyyət göstərib.

Məryəm Quliyeva

Seçilən
21
xalqcebhesi.az

1Mənbələr