AZ

İranda şəhər prokuroru öldürüldü

İranın şimal-şərqindəki Esferayen şəhərinin prokuroru Əli Əkbər Hüseynzadə öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası yerli rəsmilərə istinadən məlumat yayıb.

Hadisə zamanı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da həlak olub.

"Əksəriyyəti Esferayen şəhərinin və ya Şimali Xorasan bölgəsinin sakinləri olmayan bir qrup iğtişaşçı prokurorun və hüquq-mühafizə orqanları əməkdaşlarının yerləşdiyi binanı yandırıb və təcili yardım xidmətlərinin kömək göstərməsinə mane olublar", - deyə xəbərdə bildirilib.

Seçilən
76
1
moderator.az

2Mənbələr