AZ

Çində avtomobil ixracı ilə bağlı yeni qaydalar qüvvəyə mindi

ain.az bildirir, Avtosfer portalına istinadən.

Yanvarın 1-dən etibarən Çində avtomobil ixracı ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Avtosfer.az xəbər verir ki, noyabrın 14-də bir neçə nazirliyin birgə bəyanatında ixracla bağlı qaydalar elan olunub. Yeni qaydaya görə, işlənmiş 0 kilometr avtomobil ixracı ciddi şəkildə məhdudlaşdırılıb. Çin bazarı üçün istehsal edilmiş maşın azı 6 ay istismardan sonra ixrac edilə bilər. 

Lakin bu qayda işlənmiş 0 kilometr avtomobil ixracını tam qadağan etmir. İstehsalçı şirkətin razılığı ilə bunu etmək mümkündür. Lakin, hansısa kiçik ixracatçının belə bir razılığı əldə edəcəyi inandırıcı deyil. 

Çinli ekspertlərin qənaətinə görə yeni qərar böyük istehsalçıların marağına uyğundur. Lakin minlərlə kiçik ixracatçı bazardan çıxacaq.

Vüqar

Oxunub 58

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
avtosfer.az

1Mənbələr