AZ

İranda etirazlar Xameneinin devrilmə ehtimalını artırır

İran küçələrində etirazçıların geniş yayılması ilə ölkənin ali dini rəhbəri Seydi Əli Xameneinin devrilmə ehtimalı artıb.

Missiya.Az xəbər verir ki, bu barədə “PolyMarket” özünün “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, İranın ali dini rəhbərinin 2026-cı ildə hakimiyyətdən düşmə ehtimalı artıq 55%-ə çatıb.

“İranın ali dini rəhbərinin hakimiyyətdən uzaqlaşdırılacağı proqnozlaşdırılır. Bu il onun devrilmə ehtimalı 55% təşkil edir”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Xameneinin hakimiyyətdə qalması və ya devrilməsi ilə bağlı bazar iştirakçılarının proqnozları hazırda xalqın etiraz dalğasının və siyasi gərginliyin təsiri ilə formalaşıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr