Bakı. Trend:
Bir müddət öncə, PAŞA Holding, AUKAA (İngiltərə Məzunlarıİctimai Birliyi), Britaniya səfirliyi və Azərbaycan RespublikasıElm və Təhsil Nazirliyinin dəstəyi ilə KSM (Korpotiv SosialMəsuliyyət) çərçivəsində “Təhsil üçün əl-ələ” layihəsi uğurlahəyata keçirilib.
Layihə müddətində Ağdam, Bərdə, Salyan, Yardımlı, Lerik, Şamaxı,Balakən, Zaqatala, Siyəzən və Gədəbəy rayonlarında yerləşən kəndməktəbləri ziyarət olunub. Bu səfərlər zamanı ümumilikdə 500-dənçox şagirdlə görüşlər keçirilib və onlara ixtisas seçimi, şəxsiinkişaf, xaricdə təhsil imkanları və digər mövzularda məlumatlartəqdim edilib.
Layihənin davamı olaraq, seçilmiş 30 nəfər şagird Bakıda təşkilolunan 5 günlük Qış Düşərgəsində iştirak edib. Düşərgə çərçivəsindəşagirdlər maraqlandıqları ixtisas sahələri üzrə peşəkar dənizçi,psixoloq, rəssam/dizayner və digər mütəxəssislərlə görüşlərəqatılıblar.
Bundan əlavə, iştirakçılar üçün ADA Universiteti, Azərbaycan DövlətNeft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Sənaye vəİnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimaiTeleviziya, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi, HacıZeynalabdin Tağıyevin Ev Muzeyi və digər müəssisələrə ziyarətlərtəşkil edilib.
“Təhsil üçün əl-ələ” layihəsi gənclərin maarifləndirilməsi, ixtisasseçiminə dəstək və onların gələcək inkişafına töhfə vermək məqsədidaşıyır.