Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Yarışın üçüncü günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində finalçılar bəlli olub.
57 kq
İslam Bazarqanov (AGF) - Vasif Bağırov (Mywrestling)
65 kq
Rəşid Babazadə (“Neftçi”, Masallı) - Musa Ağayev (Astara)
74 kq
Ağanəzər Novruzov (“Neftçi”) - Turan Bayramov (“Neftçi”)
86 kq
Arseni Djioyev (“Neftçi”) - Orxan Abasov (“Neftçi”)
97 kq
Maqomedxan Maqomedov (AGF) - Osman Nurmaqomedov (AGF)
Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda, sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da mübarizəyə start veriləcək.