Bakı. Trend:
Ötən il "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləriüzrə bağlanmış əqdlərin ümumi dəyəri 63,823 milyard manat təşkiledib.
Trend BFB-yəistinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,333 milyardmanat və ya 10,3% azdır.
Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 29 585olub ki, bu da 2024-cü illə müqayisədə 42 145 vahid və ya 2,4 dəfəazdır.
BFB-nin dövriyyəsinin 50,633 milyard manatı repoəməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 10,3 milyardmanat və ya 16,9% azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri2,818 milyard manat və ya 35,8% artaraq 10,682 milyard manata,korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,8% artaraq2,508 milyard manata bərabər olub.
Eyni zamanda "Bakı Fond Birjası" QSC-nin 2025-ci ilin əməliyyatgöstəricilərinə əsasən, ilkin səhm bazarında bağlanılmış əqdlərinümumi dəyəri 2024-cü illə müqayisədə 9,2 dəfə azalaraq 70,675milyon manatdan 7,680 milyon manata, ümumi sayının isə 49 301-dən9-a düşüb.
Rəqəmlərdən görndüyü kimi ilkin səhm bazarında nəzərəçarpacaqdərəcədə fərq müşahidə edilir.
Bu azalmanın səbəbləri və bu il üzrə böyük səhm emissiyasıgözləntiləri ilə bağlı Trend “Bakı Fond Birjası” QSC-yə (BFB) sorğuünvanlayıb.
Bildirilib ki, 2024 -cü ildə baş tutan irihəcmli IPO-nu((Initial Public Offering) — ilkin kütləvi səhm təklifi)) nəzərəalaraq, rəqəmlər bunu əks etdirir: “Müqayisədə 2025-ci ildə beləhəcmli səhm yerləşdirməsi olmadığından, qeyd etdiyiniz rəqəmlərdəazalma müşahidə edilir”.
BFB-dən o da qeyd edilib ki, bu il üzrə böyük səhm emissiyasıgözlənilir.
“Hazırda şirkət adı çəkə bilmirik, lakin bəlli olan kimi, xəbəredəcəyik”, - məlumatda vurğulanıb.