AZ

"Zaqatala"nın yarımmüdafiəçisi getdi

1-ci Liqa təmsilçisi "Zaqatala"da ayrılıq reallaşıb.

Bu barədə Fanat.Az-a sözügedən komandanın baş məşqçisi Rüstəm Məmmədov məlumat verib:

"Sabahdan məşqlərə başlayacağıq. Rəhbərliklə görüş olacaq və hazırlıq planındakı qeyri-müəyyən məqamlara aydınlıq gələcək. Bu gün üçün dəqiq olan budur ki, yarımmüdafiəçi Bahadur Həziyev komandanı tərk edib".

Hazırda 17 xalı olan "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub. Bölgə komandası lider "Şəfa"dan 13 xal geri qalır.

Nihat

Seçilən
10
fanat.az

1Mənbələr