Bakı.Trend:
Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və“WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçihesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlıaraşdırmaları davam etdirir.
Trend xəbərverir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumatyayıb.
Bildirilib ki, bu istiqamətdə daxil olan müraciətlər vəaşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallardaistifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadəolunmur. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, “Telegram” və“WhatsApp” hesablarında iki mərhələli təsdiqləmə funksiyasınıaktivləşdirsinlər.
“Telegram”da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcətətbiqin “Ayarlar” bölməsinə daxil olmalı, daha sonra “Məxfilik vəTəhlükəsizlik” hissəsini seçməlidir. Buradan “İki mərhələlitəsdiqləmə” bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpaüçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda,hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarlagöndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələkeçirilməsi riskini azaldır.
“WhatsApp” tətbiqində isə “Ayarlar” bölməsindən “Hesab”hissəsinə daxil olaraq “İki mərhələli təsdiqləmə” seçilməlidir.Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyiüçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PINkod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təminedir.
Bununla belə, qeyd edək ki, Elektron Təhlükəsizlik Xidmətitərəfindən məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrərəsmi nümayəndələrlə davamlı müzakirələr aparılır.