AZ

Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Yasamal rayonu, Həsən Məcidov küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 8-də saat 13:24 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 10-SZ-086 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü birzolaqlı yolda önündə hərəkət edən nəqliyyat vasitəsini ötmək məqsədilə sağa manevr edib və yolboyu onu görüntünü qeydə alan avtomobili sıxışdırıb.

Önə keçə bilməyən sürücü daha sonra qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Nəticədə o, axına qarşı hərəkət edərək qarşıdan gələn maşınların hərəkətinə çətinlik yaradıb və qəza şəraitinə səbəb olub.

Nərmin

Oxunub 68

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
avtosfer.az

1Mənbələr