AZ

“Mediasiya prosesinin həyata keçirilməsi qaydası”nda dəyişiklik edildi

BAKI, 9 yanvar. TELEQRAF

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1537 (Cild I) ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na aşağıdakı məzmunda 3.9-cu bənd əlavə edilsin: “3.9. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.”. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1539 (Cild I); 2024, № 4, maddə 481) ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 2.1. aşağıdakı məzmunda 2.3.2-1-ci yarımbənd əlavə edilsin: “2.3.2-1. Qanunun 36.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mediasiya xərclərini ödəmək;”; 2.2. 7-ci hissə üzrə: 2.2.1. 7.1-ci və 7.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin: “7.1. Mediasiya prosesi Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.”;

Seçilən
21
teleqraf.com

1Mənbələr